Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-09 12:35:00
“Ümumi təhsildə qız şagirdlər daha yaxşı nəticə göstərirlər”-Rüfət Əzizov

 

“Tədqiqatlar göstərir ki, oğlanlar 4-cü sinifə kimi yaxşı oxuyur, lakin onlar 8-ci sinifə çatdıqda nəticələri azalır”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu 2022”də deyib.

 

O, qeyd edib ki, qızların təhsil göstəriciləri yuxarı siniflərə doğru daha da yüksəlir:

 

“Aparılan tədqiqatlar gender aspektində şagirdlərin müqayisəsini təqdim edir. Nəticədə məlum olur ki, qız şagirdlər orta təhsil səviyyəsində daha yaxşı nəticə əldə edirlər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları