Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-09 11:58:00
Tezliklə minlərlə müəllimin maaşına əlavələr ediləcək - Nazirdən şad xəbər

“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi”.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib:

 

“Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqqına əlavələr olacaq”.

 

Əlavə edək ki,  MİQ-dən keçmiş və 5 il stajı olan müəllimlər də yaxın günlərdə sertifikasiyaya cəlb olunacaq.

Staj beş il və ya çox olan lakin 5 ildən az müddətdə MİQdə iştirak etmiş müəllimlər də yaxın günlərdə sertifikasiya cəlb olunaraq əlavələrdən yararlana biləcəklər.