Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-08 14:53:00
Ucqar məktəblərdə xeyli vakant yer qalıb- Müəllimlər getmir

Ümumtəhsil məktəblərində tutulmayan vakant müəllim yerlərinin sayı açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

N.İsmayılbəyli qeyd edib ki, tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerlərdəki məktəblərdədir: "Bu il müddətli və müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı təxminən 6 min nəfərdir. Onu da qeyd edim ki, il ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq. MİQ üçün vakansiyaya 9 min 805 yer çıxarılsa da, 3 mindən çox yer tutulmayıb".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları