Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 09:13:00
Abituriyentlər üçün tam fərqli İnformatika kitabı- Qeyri-adi metodlarla dərs-AZEDU-NUN LAYİHƏSİ

Azedu Təhsil Portalı və Bələdçi Tədris Mərkəzinin ortaq məhsulu olan    “İnformatika bələdçisi” kitablar toplusu çapdan çıxıb.

 

 

Özündə bir neçə yeniliyi və abituriyentlər üçün çox vacib məqamları əks etdirən toplu bir neçə cilddən ibarətdir.

 

Toplunun abituriyentlərin ali məktəblərə hazırlığı üçün nəzərdə tutulan birinci cildi Dövlət İmtahan Mərkəzinin İnformatika fənni ilə bağlı hazırladığı qəbul proqramına tam uyğun şəkildə hazırlanıb və nəzəri müddəaları əks etdirir.

 

Qeyd edək ki, artıq qarşıdakı tədris ilində I ixtisas qrupuna hazırlaşan abituriyentlər İnformatika fənni üzrə də sualları cavablamalı olacaqlar. Yalnız informatika fənninin yer aldığı uyğun alt-qrupu (Rİ) əsasında imtahan verən abituriyentlər İT  profilli ixtisasları seçmək hüququna malik olacaqlar. Bu səbəbdən toplu I ixtisas qrupu üzrə hazırlaşacaq minlərlə abituriyent üçün vacib mənbə olacaqdır.

 

 

“İnformatika bələdçisi”nin əsas özəlliyi isə kitabda hər mövzudan sonra qavramanı daha da yaxşılaşdırmaq və sadələşdirməkdən ötrü xüsusi QR-kodların olmasıdır. Bu QR-kodlar vasitəsilə abituriyent oxuduğu mövzunun yenidən video izahına tam şəkildə baxa və predmeti daha praktiki və anlayışlı formada mənimsəyə bilər. Qeyd edək ki, bu üsul təkcə informatika deyil, bütün fənlər üzrə hazırlıq materialları arasında bir ilkdir.

 

 

Müəlliflər heyəti kitabda abituriyentlər üçün hava-su kimi gərəkli sayılacaq, öyrənmələrini  xeyli asanlaşdıracaq xüsusi illüstrasiya və qrafiklər, sxem və diaqramlardan da istifadə ediblər. Bu metod həm kitab üzərindən sərbəst öyrənmə, həm də QR-kod vasitəsilə videoları izləmə zamanı abituriyentlərə xeyli yardımçı olacaqdır.

 

 

AzEdu Təhsil Portalının da tövsiyə və təşkilati dəstəyi ilə hazırlanan toplunun ikinci cildi isə sırf test materiallarından ibarətdir. “Testlər” adlanan cild də abituriyentlər üçün nəzərdə tutulub. Nəzəriyyə cildindəki bütün mövzuları əhatə edən Testlər toplusunun da özəlliyi burada hər mövzuya aid test suallarının sonunda xüsusi QR-kodların olmasıdır. Abituriyent həmin QR-kodlardan yararlanmaqla testləri onlayn şəkildə də yerinə yetirə bilər.

 

4 cilddən ibarət olan “İnformatika bələdçisi”nin müəllifləri informatika sahəsində tanınmış mentor və müəllimlər – Tural Sofuyev, Fərid Fərəcli, Şəbnəm Kərimli, Səadət Məhərrəmova və Gülnur Tanrıverdidir.

 

“İnformatika bələdçisi”nin növbəti cildi Müəllimlərin işəqəbulu üzrə müsabiqəsinə hazırlaşan müəllim və namizədlər üçün nəzərdə tutulub. “MİQ” toplusunda da yuxarıda sadalanan xüsusi özəlliklər öz əksini tapacaq.

 

Abituriyentlər üçün hava-su kimi zəruri olan, məhdud sayda çap edilən kitabı əldə etmək istəyən bu nömrələrlə əlaqə saxlaya bilər. Qeyd edək ki, kitabın qiyməti 15 AZN-dir.

 

Əlaqə nömrələri:

 

070-213-33-33

055-329-48-78

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları