Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-04 11:57:00
Məzunlarının hamısı tələbə adını qazanan sinif

Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən orta məktəblərin bir sinfinin məzunlarının hamısı Azərbaycanın müxtəlif ali məktəblərinə qəbul olublar.

 

 

AzEdu.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Bakının Sabunçu rayonundakı 90 nömrəli tam orta məktəbin 11A sinfini bitirən 14 məzunun hamısı 2021-2022-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıblar.

 

 

Sinif rəhbəri Mailə Xankişiyeva şagirləri ilə qürur duyduğunu deyib.

 


Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 11B sinfini bitirən 17 məzunun da hər biri tələbə adını qazanıb. Sinif rəhbəri Jalə Məmmədova deyib ki, məzunların belə bir uğura imza atmalarına əmin imiş.