Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 13:08:00
Valideynlərin maarifləndirilməsi ilə bağlı vacib layihəyə start verilir

 

 

 

 

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu gündən 1 sentyabr 2022-ci il tarixdən başlayaraq “Məsuliyyətli valideyn” - valideyn məsuliyyətinin artırılmasına dair regionlarda ailələrlə maarifləndirmə görüşlərinin təşkili layihəsinin icrasına start verir.

 

 

Layihə 9 rayonu -  Göygöl, Agdaş, Lerik, Astara, Biləsuvar, Şamaxı, Qax, Xaçmaz, Neftçala rayonlarını əhatə etməklə 3 ay müddətində (1 sentyabr-1 dekabr 2022-ci il) icra ediləcəkdir.

 

 

Layihənin məqsədi regionlarda ailələr üçün valideyn məsuliyyətinə dair maarifləndirməni həyata keçirmək, onların məsuliyyət və səriştəsini artırmaq, valideyn məsuliyyəti ilə bağlı beynəlxalq təcrübədən faydalanmaqdır.  

 

Layihə çərçivəsində hər regionda valideynlərlə valideyn məsuliyyətinin artırılması və bu sahədəki vəziyyətin müzakirəsi, qanunvericilik və beynəlxalq təcrübəyə dair maarifləndirmə görüşlərinin təşkili, görüşlərdən çəkilən materiallarından ibarət video roliklərin hazırlanması və sosial şəbəkələrdə (youtube və facebook) yayılması planlaşdırılır.