Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 16:23:00
Təhsil krediti almaq istəyən I kursların nəzərinə-Bal həddi ENDİRİLDİ

 

Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının 31 avqust tarixində iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda qəbul olunmuş qərara əsasən, 1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilmişdir.

 

Bu günə qədər tələbə qəbulu imtahanında toplanan ümumi balın aşağı həddi 300 bal idi.

 

Qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ÜOMG balı nəzərə alınacaq.

 

Qeyd edək ki, sosial TTK almaq üçün heç bir bal limiti yoxdur