Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 10:27:00
Universitetlər üzrə qəbul olunan tələbə sayı-SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, 192 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 190 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. Həmçinin, I ixtisas qrupu üzrə 135 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), 116 abituriyent Koreya Respublikasının İNHA Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq İkili Diplom Proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinə, IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 65 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

 

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı satışa çıxarılacaq “Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq.

 

Ali təhsil müəssisələrinə daxil olan abituriyentlər platformada qeydiyyatdan keçməlidirlərportal.edu.az2 sentyabr saat 12:00-dan 12 sentyabr 23:59-a qədər. Əks halda bu, müvafiq ixtisasa qəbul olmaqdan imtina kimi qiymətləndiriləcək.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları