Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-30 10:51:00
“Gələcəkdə sertifikasiya ilə bağlı müəyyən dəyişikliklər ola bilər”-Emin Əmrullayev

 

“Sertifikasiya mərhələli bir prosesdir və biz hələ ilk mərhələdən danışırıq. Təbii ki, proses əsnasında hər şeyi mükəmməl planlaşdırmaq qeyri-mümkündür. Bu baxımdan proseslə bağlı hər hansı cüzi düzəlişlər edilə bilər”.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin "Diqqət Mərkəzi" proqramında qeyd edib.

 

Nazir gələcəkdə də proseslə bağlı müəyyən düzəlişlərin edilə biləcəyini söyləyib:

 

“Məsələn, biz əvvəldən 20 sualın metodika, 40 sualın fənn biliklərindən salınmasını nəzərdə tutmuşduq. Müəllimlərimizlə ünsiyyət zamanı başa düşdük ki, onlar üçün fənn bilikləri daha uyğundur. Biz buna etiraz etmədik, çünki müəllimin metodik biliklərini müsahibə zamanı da ölçə bilirik. Bu baxımdan 50 sualın fənn biliklərindən salınmasını müəllimlərimizin istəyini nəzərə alaraq həyata keçirdik. Gələcəkdə də bu kimi konstruktiv dialoqlarla müəyyən korreksiyalar ola bilər. Amma bu bütövlükdə işin mahiyyəti, yəni peşəkarlıq səviyyəsinin, bacarıqların ölçülməsi, o cümlədən əməkhaqqına əlavələrin diferensial əsasda verilməsi konsepsiyasını pozmayacaq”.