Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-30 10:22:00
“Sertifikasiyanın mahiyyətini başa düşməyənlər də müxtəlif fikirlər səsləndirirlər”-NAZİR

 

“Biz müəllimləri başa düşürük. İstənilən şəxsi imtahan etməklə bağlı qərar həmin insanda müəyyən narahatlıq, psixoloji müqavimət yaradır. Bu istiqamətdə maarifləndirmə işləri də həyata keçirmişik”.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin "Diqqət Mərkəzi" proqramında qeyd edib.

 

Nazir sertifikasiyanın təşkili ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib:

 

“Sertifikasiya ilə bağlı narazılıq ifadə edən bir qurup şəxs var ki, onların ümumiyyətlə heç müəllim deyillər. Həmin şəxslər istənilən mövzuya münasibət bildirirlər. Amma biz azad fikrin dəstəkləndiyi cəmiyyətdə yaşadığımız üçün burada hər hansı problem görmürəm. Ümumilikdə sertifikasiyanın mahiyyətini başa düşməyən insanlar tərəfindən də xeyli sayda fikir səsləndirilir. Ancaq işin mahiyyəti çox sadədir. Müəllim 5 ildən bir əməyini və saatını buna həsr edərək əmək haqqını artıra bilər. Düşünürəm ki, bu kifayət qədər ədalətli və faydalı bir islahatdır”.