Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-29 16:31:00
Rüfət Əzizov: Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndiriləcək  

Məktəbəqədər təhsil uşaqların təhsilinin ilkin mərhələsidir. Bu, digər təhsil pillələrində də şagird nailiyyətlərinə ciddi təsir göstərir. Ölkəmizdə son dövrlərdə məktəbəqədər təhsillə bağlı geniş islahatlar aparılır.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov avqustun 29-da ADA Universitetində təşkil olunan “Beynəlxalq liderlik araşdırma forumu”nda jurnalistlərə müsahibəsində deyib.

 

O bildirib ki, 2018-ci ildə 5 yaşlı uşaqların 26 faizi məktəbəqədər təhsilə cəlb olunurdusa, hazırda bu rəqəm 84 faizə qədər artıb. Bu istiqamətdə islahatlar davam etdirilir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da məktəbəqədər təhsilə yer ayrılıb. Strategiyaya əsasən məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq. Ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaq.

 

Azərtac