Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-29 14:35:00
“Valideynlərin rus bölməsilə bağlı təkidində siyasi rəng var”- ŞƏRH

 

“Konstitusiyaya əsasən nazirliyin öhdəliyi sadəcə Azərbaycan dilində təhsil verməkdir”.

 

Nəticələrə əsasən hər il rus bölməsi üzrə məzunların qəbul göstəriciləri Azərbaycan bölməsinə nisbətən aşağı olur. Həmçinin ən çox rus bölməsi üzrə qəbul planı boş qalır.

 

Bu bölmədə tədrisin keyfiyyəti ilə bağlı da müxtəlif fikirlər səsləndirilir. Ancaq yenə də övladını rus bölməsinə yazdıranların sayı hər il daha da artır. Hətta bu bölmədə qeydiyyat üçün yer tapılmır deyə bilmərik.

 

Bunun əsas səbəbi nədir? Valideynlərin əksəriyyətinin seçim zamanı rus bölməsinə üstünlük verməsi nədən qaynaqlanır?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil jurnalisti Məzahir Məmmədli bu məsələdə müəyyən qədər siyasi rəng olduğunu söyləyib:

 

“Bu məsələ kifayət qədər aktualdır. Efirlərdə,dövri mətbuatda və sosial şəbəkələrdə bu istiqamətdə müxtəlif müzakirələr aparılır. Elm və Təhsil Nazirliyinin son brifinqində də açıq şəkildə bildirildi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən nazirliyin öhdəliyi sadəcə Azərbaycan dilində təhsil verməkdir. Mənə elə gəlir ki, bu artıq dəb halını alıb, həmçinin müəyyən qədər siyasi rəng də görürəm. Burada valideynin məqsədi sadəcə övladının rus dilində təhsil alması deyil. Məsələnin aksiyaya çevrilməsi, ciddi şəkildə tələb edilməsi artıq siyasi hal alır”.

 

Tələbə qarnını necə doydursun? - Ekspert: “Bu haqda düşünən universitet  yoxdur“ | İnter Press

 

Jurnalist rus bölməsində tədrisdən və təhsilverənlərin keyfiyyətindən söz açıb:

 

“Mən ümumiyyətlə valideynləri də başa düşə bilmirəm. Məlumdur ki, rus bölməsində təhsil alan uşaqlar 5-ci sinifdən sonra ciddi problemlərlə üzləşirlər. İbtidai sinifdə bir müəllim olur və o müəyyən qədər məsələləri yoluna qoya bilir. Amma 5-ci sinifdən sonra digər fənlərin tədrisi ilə bağlı ölkəmizdə rusdilli təhsilverənlər kifayət qədər azdır. Həmçinin onların MİQ müsabiqəsində də zəif nəticə göstərdikləri məlumdur. Bütün bunları nəzərə alaraq bizdə belə fikir formalaşır ki, valideynlərin bu təkidində siyasi rəng var”.