Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-24 12:20:00
Emin Əmrullayevin brifinqdən vacib MƏQAMLAR-Maaşlar, sertifikasiya...

 

23 avqustda Elm və təhsil nazirliyinin direktor və müavinlərinin maaşlarının artırılması ilə əlaqəli verilən qərarla bağlı brifinqi keçirilib.

 

Nazir Emin Əmrullayev brifinq zamanı bir çox vacib məsələlərə toxunub.

 

AzEdu.az həmin məqamları təqdim edir:

 

“Direktor və müavinlərinin maaşlarına əlavələr olunub. Bu, artım demək deyil”.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

Nazir qeyd edib ki, bu əlavələr məktəbəhazırlıq qruplarını əhatə etmir:

 

“Əməkhaqları eyni qalır, sadəcə şagird sayı və iş yükü çox olan məktəblərin direktorlarının maaşlarına əlavələr olunub”.

 

“6 saat dərsi olan müəllimin 150 manat maaş almasında qeyri-adi heç nə yoxdur”.

 

Nazir vurğulayıb ki, sertifikasiyadan keçən müəllimlərin maaşları 35 və 10% artacaq: ”18-24 saat dərs saat olan müəllimıər daha çox maaş alacaq”.

 

"MİQ üzrə son illər imtahan verənlər  də sertifikasiyadan keçəcək”.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

O, qeyd edib ki, bu məsələ son zamanlar müəllimləri narahat edir:”Gec və ya tez sertifikasiyadan keçən şəxslərin maaşı artacaq.Lakin biz birdən ölkə üzrə sertifikasiyanı keçirə bilmərik. İlk olaraq təhsilin fundamental əsası olan intidai siniflər üzrə keçiriləcək”.

 

"Bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar".

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

"Hesab edirəm ki, şagirdlər həmin məktəbdə oxumalıdırlar. Yeni qərarla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar", - nazir bildirib.

 

“Təhsildə hansısa şəxslər tərəfindən buraxılan səhvlər ciddi zərərlər verir”.

 Nazir qeyd edib ki, belə səhvləri aradan qaldırmaq lazımdır: “Müxtəlif zamanlarda bəzi şəxslərin səhvi ucbatından direktorlar, müəllimlər fərqli yollarla işə götürülüb. Burada günahkarı axtarmaq əvəzinə problemi həll etməliyik”.

 

“AMEA öz fəaliyyətini davam etdirir”.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə deyib.

 

Nazir qeyd edib ki, Həm elm və təhsil nazirliyi, həm də AMEA hazırda öz nizamnaməsini hazırlayır. 

 

“Rus dilində təhsilin keyfiyyəti Azərbaycan bölməsinə nisbətən aşağıdır. Rus bölməsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə kifayət qədər vakant yer çıxarılsa da, yerlər boş qalır. Keçid balını isə 30 baldan aşağı salmaq şagirdlər üçün haqsızlıq olar”.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev  deyib.

 

Nazir qeyd edib ki, Azərbaycan bölməsi üzrə təhsil daha keyfiyyətlidir: “Diqqət etsək, respublikanın ən yaxşı təhsil verən məktəbləri Azərbaycan dilində tədris aparan məktəblərdir. Sadəcə olaraq, bəzən valideynlər sırf daha yaxşı görünsün deyə rus bölməsini seçirlər”.

 

"Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat zamanı yaranan problemlərdən nazirliyin xəbəri var. Amma bağçalara qəbul zamanı yaranan elektron problem kütləvi hal daşımır".



Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

Nazir qeyd edib ki, minlərlə valideyn artıq məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatdan keçib.

 

“Bəzi müəllimlərin şagird qarşısına çıxması günahdır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 

 

Nazir qeyd edib ki, bəzi müəllimlər ibtidai sözünü “ipdidai” yazır: “Bizim də məqsədimiz sertifikasiya keçirməklə onların təhsil səviyyəsini bilməkdir. Biz müəllimləri yükləmək istəmirik. Həftədə 6 saat dərs yükü müəllimləri yüklənmək demək deyil. Müəllim, heç olmazsa, 18 saat işləməlidir”.

 

“Direktorlar məktəbli forması ilə bağlı kimisə məcbur edə bilməzlər”.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev  media üçün keçirilən brifinqdə deyib.

 

Nazir qeyd edib ki, məktəbli formalarının tətbiqi şagirdlər arasında fərqin aradan qaldırılması ilə bağlıdır:”Bununla bağlı şikayətlər varsa, regional təhsil idarələrinə müraciət edə bilərlər”.

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları