Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-23 12:00:00
Pedaqoji heyətin ümumi sayı açıqlanıb

“Pedaqoji heyətin ümumi sayı təxminən 129 min nəfərdir. Həftəlik 6 saata qədər çalışan müəllimin orta maaşı 150 manat, 10 faiz əlavə olduqda 165, 35 faiz əlavə olduqda isə 203 manat təşkil edəcək. Həmçinin, 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin orta maaşı 310, 10 faiz əlavə ilə 340, 35 faiz əlavə ilə isə 420 manat olacaq”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, 12-18 saat aralığında dərs yükü olan müəllimlərin orta maaşı 535 manatdır: “10 faiz əlavə ilə 590, 35 faiz əlavə tətbiq edildikdə isə 720 manat təşkil edəcək. 18-24 saat aralığında dərs yükü olanların orta əməkhaqqısı 755 manatdır. Maaşlara 10 faiz əlavə tətbiq edildikdə 830, 35 faiz əlavə olduqda isə 1020 manat alacaqlar. Eyni zamanda, 24 saatdan artıq dərs yükü olanların əməkhaqqısı isə 1100 manatdır. Maaşlara 10 faiz əlavə olduqda 1210, 35 faiz əlavə tətbiq edildikdə isə 1485 manat əməkhaqqı alacaqlar".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları