Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-19 12:57:00
“Özəl şirkətlər şəhid ailələrinə məktəbli formalarını pulsuz təqdim edə bilər”- Deputatdan TƏKLİF

Valideynlər yeni tədris ili yaxınlaşdıqca övladları üçün məktəbli formalarını almağa başlayırlar. Ölkədə məktəbli formaları ödənişlidir. Ona görə də bəzi deputatlar düşünür ki, şəhid və qazi ailələrinin, eləcə də sosial təminatı zəif olanların övladları üçün məktəbli formaları pulsuz verilməlidir.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin üzvü Cavanşir Paşazadə qeyd edib ki, dövlət şəhid və qazi ailələri üçün əlindən gələni edir: “Bu, mühüm məsələlərdən biridir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların övladları çox gənc və məktəbyaşlı şəxslərdir. Aşığı, həmin ailələrdən olan şagirdlər üçün məktəbli formalarının pulsuz verilməsi ilə bağlı mənə müraciətlər ünvanlanmayıb. Şükürlər olsun ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondu şəhid ailələri üçün böyük şəraitlər yaradıb. Mütəmadi olaraq, imkan dairəsində onların bütün ehtiyacları qarşılanır”.
 

Deputat qeyd edib ki, müxtəlif şirkətlər və fiziki şəxslər də şəhid ailələrinin övladları üçün belə təşəbbüslər həyata keçirilə bilərlər:“Təbii ki, müxtəlif şirkətlər və məktəbli formaları hazırlayan yerlər  fərqli təşəbbüslər irəli sürə bilər. Onlar uşaqlar üçün pulsuz  və ya müəyyən qədər güzəştli şəkildə libaslar hazırlayaraq şəhid və qazi ailələrinin evlərinə təqdim etsələr,  onların ürəyi sevinər, həmçinin şəhidlərimizin də ruhu şad olar. İmkanlı şəxslər də bu kimi şirkətlərə dəstək olaraq xeyriyyə aksiyasına qoşula bilərlər. Bu, ildə bir dəfə olan prosesdir. Şəhidlər bizim canımızdır, bu gün yaşadığımız azad həyatı onlara borcluyuq. Şəhidlərin ruhunu nə qədər sevindirsək, onların həyatda qalan nişanələrinə köməklik etsək, o qədər də xoş olar. Bu, bizim qəlbimizə sevinc, onların ruhuna duadır”.

C.Paşazadənin sözlərinə görə, deputatlar tərəfindən də bu istiqamətdə müəyyən təşəbbüslər həyata keçirilir:“Hər deputat öz bölgəsində belə tədbirlər həyata keçirir, lakin onların əksəriyyəti bunu dilə gətirmək istəmir. Bu, düzgün deyil, nəzərə almaq lazımdır ki, dövlətin etdiklərinin qarşısında bizim etdiklərimiz heç bir şeydir. Əlbəttə ki, biz də müəyyən köməkliklər edir, bir çox məsələlərdə şəhid və qazi ailələrinə dəstək oluruq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları