Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-19 10:11:00
Meksikada 43 tələbənin yoxa çıxması “dövlət cinayəti” adlandırılıb- Yeni FAKTLAR

 

2014-cü ildə Meksikada 43 tələbənin yoxa çıxması ölkədə rezonans doğurmuşdu.

 

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı ölkə prezidenti tərəfindən yeni iddialar ortaya atılıb.

 

Prezident Andres Manuel Lopez Obrador 2014-cü ilin sentyabrında cənub-qərbdəki İquala şəhərində itkin düşən tələbələrin başına gələnlənlərin yenidən araşdırılacağını bildirərək, əvvəlki nəticələrin həqiqəti əks etdirmədiyini qeyd edib.

 

Bütün dünyada səs gətirən bu hadisə o zamankı hökumətin nüfuzuna ciddi ziyan vurmuşdu. Meksikanın insan haqları rəsmisi Alejandro Encinas mətbuat konfransında deyib ki, yoxa çıxmada hökumətin, o cümlədən yerli, əyalət və federal məmurların iştirakı ehtimal olunur və bu "dövlət cinayəti" təşkil edir. Bu açıqlamadan sonra hökumət faktları gizlədib, cinayətlə bağlı fərqli nəticələr təqdim edib, hakimiyyət orqanlarının cinayətkar qruplaşma ilə əlaqələrini ört-basdır edib.

 

Mexico calls disappearance of 43 students a 'state crime'

 

İnsan haqları rəsmisi açıqlamasında həmçinin tələbələrin axtarışı zamanı protokola düzgün əməl edilmədiyini bildirib. Açıqlamaya əsasən geniş axtarışlara baxmayaraq, yalnız üç tələbənin qalıqları aşkar edilib və kimliyi müyyən olunub. Tələbələrin heç birinin sağ qalmadığının ehtimal olunduğu da nəzərə çatdırılıb.

 

Prezident administrasiyasının 2015-ci ildə elan etdiyi versiyaya görə, yerli narkotik dəstələrindən biri tələbələri rəqib qrupun üzvləri ilə səhv salıb, onları öldürüb və cəsədlərini zibillikdə yandırıb.

 

Hazırkı prezident Lopez Obradorun dövründə məmurlar, hərbçilər və polislər də daxil olmaqla onlarla həbs qərarı verilib, istintaqı manipulyasiya etməkdə ittiham olunan keçmiş məmurlardan birinin İsraildən ekstradisiyası istənilib.