Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 13:30:00
Ləğv olunan təhsil ocağının müəllim və şagirdləri bu məktəbə köçürüləcək – RƏSMİ  

“Müəllimlərin dərs yükündə azalma hallarına yol verilməyəcək. Məktəbin ibtidai təhsil səviyyəsinin şagird və müəllimləri 244 nömrəli tam orta məktəbə köçürüləcək. Müəllimlərin və valideynlərin naratlığına heç bir əsas yoxdur”.

Bu barədə  köçürülməsi, hətta ləğv olunması deyilən Bakı şəhəri 126 saylı orta məktəbdən AzEdu.az-a verilən rəsmi açıqlama zamanı bildirilib.

Media və sosial şəbəkədə yazılan məlumatlara görə, adıçəkilən məktəbin şagirdlərinin valideyn və müəllimlərə xəbər verilmədən köçürülməsi olub. Məktəbdən AzEdu.az-a verilən məlumatda məsələtə rəsmi və dəqiq aydınlıq gətirilib: 

“Ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyil və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb”.

Açıqlamada valideyn və müəllimlərin narahatlığına heç bir əsas olmadığı bildirilib:

“Müəllimlərin dərs yükündə azalma hallarına yol verilməyəcək. Məktəbin ibtidai təhsil səviyyəsinin şagird və müəllimləri 244 nömrəli tam orta məktəbə köçürüləcək. Müəllimlərin və valideynlərin naratlığına heç bir əsas yoxdur”.