Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 13:16:00
Ləğv olunan məktəbdən rəsmi açıqlama: “Narahatlığa səbəb yoxdur, çünki...”

“Bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivilə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında “Vətən” İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək”.

Bu barədə  köçürülməsi, hətta ləğv olunması deyilən Bakı şəhəri 126 saylı orta məktəbdən AzEdu.az-a verilən rəsmi açıqlama zamanı bildirilib.

Media və sosial şəbəkədə yazılan məlumatlara görə, adıçəkilən məktəbin şagirdlərinin valideyn və müəllimlərə xəbər verilmədən köçürülməsi olub. Məktəbdən AzEdu.az-a verilən məlumatda məsələtə rəsmi və dəqiq aydınlıq gətirilib: 

“Ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyil və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb. Bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivlə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında “Vətən” İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək”.