Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 10:00:00
Eyni balı toplayan abituriyentlər bu XÜSUSİYYƏTLƏRƏ görə fərqləndirilir

 

Bəzən qəbul imtahanında xeyli sayda abituriyent yüksək bal toplasa da, tələbə adını qazana bilmir. Bunun bir neçə səbəbi olur:ya ixtisas seçimini düzgün etmirlər, ya da həmin ixtisasa tələb olunan şərtlərə cavab verən bir çox abituriyent üstünlük verir.

 

Müəyyən ixtisas qrupu üzrə eyni balı toplayan bir neçə abituriyent eyni ixtisas üzrə seçim etdikdə onları fərqləndirmək üçün bəzi nüanslara diqqət edilir.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinin «Abituriyent» jurnalının 4-cü nömrəsinə istinadən, ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirən xüsusiyyətləri təqdim edir.

 

  • Təhsil haqqında sənədə(attestata) "Tədris dili", "Ədəbiyyat", "Azərbaycan Tarixi", "Xarici Dil", "Riyaziyyar", "Ümumi Tarix", "Fizika",  "Kimya", "Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

 

  • Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi(bal);

 

  • Qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;

 

  • Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi ballarının cəmi;

 

  • Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlar üzrə balların)sayı;

 

  • Qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsi nəzərə alınmaqla həmin fənlərdən ayrılıqda toplanan nisbi balın miqdarı;

 

  • Qəbul imtahanın birinci mərhələsi üzrə Azərbaycan dili və ya rus dili fənnindən toplanılan bal;

 

  • Qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

 

Qeyd edək ki, I -V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları