Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 14:55:00
“Vaqon məktəb”  yeni yararlı binada fəaliyyət göstərəcək – RƏSMİ  

Beş dəmir vaqonda fəaliyyət  göstərən məktəbdə dərslər 2018-19-cu tədris ilindən etibarən,  yararlı binada keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Ağdam Rayon Təhsil Şöbəsindən məlumata verilib. Bildirilib ki, rayonun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmiryol vağzalında 5 dəmir vaqonda fəaliyyət göstərir.  2017-2018-ci tədris ilində məktəbdə 94 nəfər şagird təhsilə cəlb edilib.

Bu şagirdlərdən 90 nəfəri məcburi köçkün ailələrindən olan uşaqlardır. Şagirdlərin təlim-tərbiyəsi ilə 22 nəfər müəllim məşğul olur. Məktəbdə 10 nəfər texniki işçi çalışır.

 2018-2019-cu tədris ilindən 122 nömrəli köçkün tam orta məktəb bu ərazinin yaxınlığında yerləşən və tədris üçün yararlı olan yeni binada fəaliyyət göstərəcək.