Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 09:53:00
İxtisas seçimi edəcək şəxslərə xüsusi lisenziya verilməlidir- VACİB TƏKLİF

 

 

 

"Nazirlik və ya hansısa qurum tərəfindən ixtisas seçimi üzrə mütəxəssislərə xüsusi bir lisenziya verilməlidir. Bu sayədə bilmək olar ki, mütəxəssisin gördüyü iş  həqiqətən də effektivdir".

 

Bu sözləri AzEdu.az-a  açıqlaması zamanı təhsil məsələləri üzrə mütəxəssis Elnur Hacıyev deyib.

 

Onun sözlərinə görə,  ixtisas seçimini sadəcə pul xətrinə  edən "mütəxəssislər"var:

 

"Sosial şəbəkələrdə  ixtisas seçimi ilə bağlı  bir çox  reklamlarla qarşılaşırıq. Amma görəsən,həmin şəxslər bu işin metodikasını nə dərəcədə bilirlər?  Dataları düzgün hesablayırlarmı? Ümumiyyətlə,  həmin mütəxəssislərdən  dataları istənilmir.  Çox təəssüf ki,  bu işi qeyri-peşekar,  sadəcə, pul xətrinə edən "mütəxəssislər" var.  Onlar abituriyentə sadəcə olaraq müştəri kimi baxırlar. Bu işi yalnız  pul qazanmaq üçün edirlər".

 

E.Hacıyev ixtisas seçimi ilə bağlı beynəlxalq təcrübədəndə söz açıb:

 

"Ümumtəhsil məktəblərində karyera planlaması demək olar ki, verilmir. Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, ixtisas seçiminin  özünütanıma mərhələsi var. Bu prosesdən sonra abituriyentin marağı,  imkanı, qabiliyyəti nəzərə alınaraq  ixtisas seçimi edilir. Çox təəssüf ki, ümumitəhsil müəssisələrində bu iş həyata keçirilmir.

 

Azərbaycanda bu işi  yalnız  bəzi  özəl  litseylər həyata keçirir. Abituriyentin ixtisas seçimi zamanı özünü tanıması yəni, hansı maraqlara sahib olması və qabiliyyəti nəzərə alınmalıdır. Bu prosesdə təkcə abituriyentin özündən yox, onun valideyni və müəllimlərindən məsləhət alınmalıdır”.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları