Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-01 16:49:00
İşbazlar ixtisas seçimi zamanı abituriyentləri necə aldadırlar? – VACİB DETALLAR 

 

 

"Çox təəssüf ki, ixtisas seçimi zamanı bəzi işbazlar valideyn və abituriyentlərin həssasiyyətlərindən istifadə edir.

 

Bunu  AzEdu.az-a  açıqlamasında  ixtisas seçimi və karyera məsələləri üzrə mütəxəssis  Adil  Vəliyev deyib.

 

O,   ixtisas seçimi zamanı abituriyentlərin yaxşı araşdırma aparmadıqlarını bildirib.

 

İxtisas seçimi zamanı bu  "mütəxəssislər"   həm  maddi, həm də, mənəvi olaraq abituriyentlərə zərbə vururlar. Çox təəssüf ki, valideynlər və abituriyentlər ixtisas seçimi zamanı  həmin  şəxs haqqında araşdırma etmirlər. Abituriyentlər sosial şəbəkələrdə gedən reklamlara əsasən, həmin şəxsə üz tutur və elə güman edirlər ki, o, həqiqətən mütəxəssisdir. .

 

"Nəticələr açıqlanandan sonra isə ixtisas seçimi aparan şəxslərə zəng çatmır".

 

“Məsləhət görərdim ki,  valideyn  və abituriyentlər ixtisas seçimi edəcək şəxsin nəçə ildir ixtisas seçimi ilə məşğul olduğunu və onun etdiyi ixtisas seçimi zamanı  neçə faiz abituriyentin  qəbul olduğunu araşdırsınlar. Bundan əlavə,  ixtisas seçimi zamanı mütəxəssisin  bir abituriyentə nə qədər vaxt ayırması da önəmlidir. Bu meyarların hər biri kifayət qədər diqqət olunası məqamdır. Çünki, bəzən abituriyent kifayət qədər məbləğ ortaya qoyur,  amma ona sadəcə, 20-25 dəqiqə vaxt ayrılır. Halbuki, 20-25 dəqiqəyə  ixtisas seçimi etmək olmaz. Nəticədə isə abituriyent ya universitetə, ya da yüksək bal topladığı halda uyğun  ixtisasa qəbul oluna bilmir. Həmçinin, ödənişşiz əsaslarla oxuya biləcəyi balla ödənişli əsaslarla qəbul olur".

 

Hər bir abituriyentlə ixtisas seçimi zamanı ən az  bir saat vaxt ayrılmalıdır.

 

Burada abituriyentə ixtisaslar  və  universitetlər haqqında məlumat verilməli və  ixtisas seçimi zamanı abituriyentlərin fikirləri də nəzərə alınmalıdır. Çünki, abituriyent bu ixtisası bitirdikdən sonra əmək bazarında iş tapıb işləyə bilməlidir.  Abituriyent ixtisas seçimi zamanı kod və ad bölməsini özü qeyd etməlidirlər. Sonra mütləq şəkildə səhifədən çıxış etməlidirlər ki, heç kim onun şəxsi məlumatlarını götürə bilməsin".

 

Özlərini ixtisas seçimi mütəxəssisi kimi qələmə verən bəzi şəxslərin bir il əvvəlki  jurnallarla seçim etdiklərini bildirən ekspert bunun sonda mənfi nəticələr doğurduğunu bildirib.

 

 "Çox təəsüf ki, buna inanan abituriyentlər az deyil. Amma bilmək lazımdır ki, hər il həm keçid balları həm də plan yerlərində dəyişə və yeni ixtisaslar əlavə oluna bilər. Bunların hər birinə xüsusi diqqət yetirilməlidir. Statistika jurnalı çıxmadan ixtisas seçimi etmək düzgün deyil". 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları