Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 13:37:00
“Çox oxumağın sağlamlığa zərər vurması ilə bağlı insanlar arasında mif var”-NAZİR

  

“Tədris müddətinin təhsilin keyfiyyətinə heç bir aidiyyatı yoxdur”

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Nazir dünyanın məşhur təhsil sistemlərinin tədris müddətini nümunə göstərib:

 

“Bunun havanın temperaturu ilə bağlı bir əlaqəsi ola bilər. Amma ümumilikdə müddətin tədrisin keyfiyyətinə təsiri yoxdur. Tədris ilinin artıırlmasının tələb edilməsi bizim üçün daha arzuolunandır. Məsələn, nümunə göstərilən Sinqapur, Koreya təhsili sistemində tədris ili 42-44 həftə müddətində təşkil edildiyi halda, bizdə bu rəqəm 36 həftədir”.

 

O, insanlarda tədris ilinin uzunmüddətli olmasına qarşı narahatlığın mövcudluğunu qeyd edib:

 

“Ümumiyyətlə bizdə sanki oxumağın insan sağlamlığına zərər vura biləcəyi ilə bağlı mif formalaşıb. Çox oxusa uşağın gözü ağrıyar, komputer qarşısında zaman keçirmək zərər vuracaq və s. kimi. Valideynlərin övlarına olan sevgisini nəzərə alsaq, hər şey başa düşüləndir. Amma bunların heç bir elmi əsası yoxdur. Ona görə də, tədris ilinin uzadılması insanalar ağır mövzu kimi gəlir. Bu istiqamətdə keçirilən islahatlarla da narazılıqla qarşılanır. Biz cəmiyyətdən tədris ilinin artıırlması ilə bağlı tələb görmək istəyərik”