Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 12:50:00
“Lisey və gimnaziyalara müraciət edənlər ilbəil artır”-Emin Əmrullayev

 

“Lisey və gimnaziyalara maraq hər il artıq ki, bu da bizi sevindirir. Ötən il 11 min nəfər qəbul üçün çüraciət etmişdisə, bu il rəqəm 18 min 600-dür”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Nazir bölgələrdə yerləşən liseylərin uğurlu fəaliyyətindən söz açıb:

 

“Bu da o deməkdir ki, 70% faiz artım müşahidə olunur. Həmçinin qəbul olunanların sayında da 36 % artım var. Bakıda, Qubada və Gəncədə yerləşən liseylər qısa müddətdir fəaliyyət göstərmələrinə baxmayaraq şagirdləri beynəlxalq və ölkədaxili yarışlarda fərqlənirlər. Biz hər bölgədə ən azı bir liseyin fəaliyyət göstərməsini hədəfləyirik”