Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-28 10:14:00
Müəllim maaşının aşağı olmasına əsas səbəb  - Nazirdən izah

 

“Biz mövcud yerləri vakansiyaya çıxararkın şagird sayını da nəzərə alırıq. Bəzən müəllim sayı çoxluq təşkil edir”

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Nazir müəllimlərin əməkhaqqının aşağı olmasının əsas səbəblərindən danışıb:

 

“Elə məktəb var ki, orada 8 ibtidai sinif üçün 22 müəllim çalışır. Onlardan biri təqaüd yaşına çatdığı üçün məktəbdən ayrılır. Həmin yerin vakansiyaya çıxarılmaması ilə bağlı narazılıqlar olur. Amma orada 21 müəllim fəaliyyətini davam etdiri və bu uşaq sayından çoxdur. Belə olan halda müəllimlərə dərs saatları da ay düşdüyü üçün əməkhaqqı aşağı olur. Yəni əməkhaqqılarının aşağı olmasının əsas səbəblərindən biri də budur. Şagird sayı ilə müəllim sayı uyğun gəlmir, dərs saatı az olduğu üçün də əməkhaqqı az olur”.