Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 11:38:00
Bu il 10 min nəfər tələbə kreditdən faydala biləcək – Güzəştlər

 

 “Bu il 10 minə yaxın tələbənin təhsil kreditlərindən yararlanacağını düşünürük”

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Nazir daha çox tələbənin təhsil kreditlərinə əlçatanlığının təmin ediləcəyini bildirib:

 

“Amma biz bu rəqəmin 75 minə çatdırılmasını planlaşdırırq. Maddi çətinliklər səbəbilə problem yaşayan tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi üçün bu vacib addımdır. Kreditlərin geri ödənilməsi üçün faizlər də elə çox deyil, uyğundur. Bütün ehtiyacı olan tələbələrin kreditdən yararlanmasına şərait yaratmağa çalışacağıq”.