Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 09:12:00
İctimai şuranın sədri zərərçəkən məktəbli ilə görüşüb

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Lənkəranda İcra Hakimiyyəti başçısının müavini və məktəb direktorunun fiziki şiddət göstərdiyi məktəbli ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Şura sədri özü məlumat verib.

 

Görüşün məqsədini nəzərə çatdıran sədr, məktəb direktorunun əməlinə xüsusi diqqət çəkərək,Təhsil Nazirliyinin bu istiqamətdə ədalətli qərar verəcəyinə əmin olduğunu bildirib:

 

“9-cu sinif şagirdinin Lənkəran rayonu icra hakiminin müavini Rasilə Akifqızı tərəfindən döyülməsi faktı, eyni zamanda hadisənin baş verdiyi zaman orda olan V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın hərəkətsizliyi ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq 19 iyul 2022-ci il tarixində Lənkəran şəhərində səfərdə oldum. Həm məktəbin direktoru, həm də zorakılığa məruz qalan övladımızın anası və uşağın özü ilə görüşmə imkanı əldə etdim. Monitorinq zamanı əsas iş prinsipimiz uşaq rifahının təmin edilməsi, uşaq hüquqlarının müdafiəsi və baş vermiş hadisəyə obyektiv, ədalətli hüquqi qiymətin verilməsinə təşviqlə yanaşı hadisə ilə bağlı gələcəkdə uşağın təhlükəsizliyini təmin edilməsi olmuşdur. Məktəb direktorunun uzun müddət fəaliyyətində müsbət keyfiyyətləri nəzərə almağımızla yanaşı baş verən hadisədə uşağın qorunmasına, onun təhlükəsizliyinin təmin edilməsinə təəssüf olsun ki, əməl etməmişdir. Nəzərinizə çatdırmaq istərdim ki, İctimai Şuranın heç bir inzibati qərar vermə səlahiyyəti yoxdur. Lakin əminəm ki, Təhsil Nazirliyi tərəfindən ədalətli qərar veriləcəkdir”.

 

 

Sədr, başçının müavini nin fəaliyyətindəki neqativ hallara diqqət çəkərək, bu mövzuda şəxsi fikirlərini paylaşacağını söyləyib:

 

“Eyni zamansa Baş vermiş hadisə ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi açılıb və araşdırma davam edir. Bu gün həm Baş prokurorluğun əməkdaşları, həm də Lənkəran rayon prokurorluğunun əməkdaşları ilə danışıqlardan ədalətli qərarın veriləcəyinə ümid edirəm. Təəssüf edirəm ki, hadisəni törətməkdə ittiham edilən Lənkəran rayon icra hakimiyyətinin müavini ilə bağlı kifayət qədər neqativ hallar haqqında məlumatlar da aldıq. Regionda vəziyyəti təhlil etməyə kifayət qədər zamanımız olmasa da, vətəndaş cəmiyyəti nümayəndəsi kimi şəxsi fikirlərimi daha sonra paylaşacam”.

 

“Öz adımdan uşaq müdafiə məsələsində göstərdiyiniz həssaslığa və ictimai dəstəyə görə təşəkkür edirəm”-deyə, o qeyd edib.