Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 09:25:00
Magistratura səviyyəsinə elektron sənəd qəbulu davam edir  

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir. Müraciətçilər https://portal.edu.az/-dan qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

AzEdu.az xəbər verir ki, açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

 

Elektron sistem üzrə qeydiyyat 25 iyul saat 12:00-da yekunlaşacaq.

 

Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqını bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri, gpp.az və portal.edu.az vasitələrindən birini seçə bilər.

 

Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad edilmək və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən edilmiş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi  üçün müraciət və digər imkanlardan daha rahat faydalana biləcəklər.


Magistraturaya elektron sənəd qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları