Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 17:02:00
“Sertifikasiya ilə bağlı söhbətlər doğru deyil, işbazlara inanmayın”-Təhsil İdarəsi müdirindən ÇAĞIRIŞ

 

“Məktəbin əsas siması şagird olduğu kimi, təhsil sisteminin hərəkətverici quvvəsi də müəllimlərdir”.

 

AzEdu.az xəbər verir ki, bunu Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev qeyd edib.

 

O, sertifikatlaşdırma vasitəsilə müəllimlərin və Təhsil Nazirliyinin elmi-metodik gücünün artırıldığını bildirib:

 

“Heç bir təhsil sisteminin gücü onun təhsilverənlərinin gücündən artıq ola bilməz və dövlətin təhsil siyasətini həyata keçirən peşə sahibləri də məhz siz müəllimlərsiniz. Təhsil Nazirliyi müəllimləri sertifakatlaşdırmaqla, yəni onların elmi və metodik gücünü artırmaq siyasəti yeritməklə əslində öz gücünü artırmış olur. Heç bir təhsil sistemi və onun təhsil siyasətini həyata keçirən orqanlar və məmurlar öz müəllimlərinin timsalında zəif görünmək istəməz!”

 

Bir 1 nəfər, ayaqda və kostyum şəkili ola bilər

 

Təhsil İdarəsinin müdiri sertifikasiya prosesində sualların çətin olacağı ilə bağlı məsələyə toxunub:

 

“Müəllimlərin sertifikatlaşdırılması prosesində imtahan suallarının guya çətin olacağı barədə bəzi işbazların dezinformasiyaları indi də onun müsahibə mərhələsinin qeyri-müəyyən olacağı əsassız iddiası ilə inkişaf etdirilib. Belələrinin məqsədi şübhəsiz ki, sertifikatlaşdırma öncəsi müəllimləri müxtəlif formalarda kurslara cəlb etmək və onlara nəşr etdikləri vəsaitləri satmaqla şəxsi qazanc əldə etməkdən və ya şəxsi uğursuzluqlarını bu prosesi gözdən salmaqla pərdələməkdən ibarətdir”.

 

O, ixtisas biliyi və metodiki bacarığa malik istənilən müəllimin sertifikasiyadan uğurla keçəcəyini nəzərə çatdırıb:

 

“Sizləri regional təhsil idarəetmə orqanının rəhbəri kimi yox, bir müəllim və mərkəzləşdirilmiş müsabiqələrin bir-çoxunda müsahibə komissiyasının sədri kimi əmin etmək istəyirəm ki, minimal ixtisas biliyinə və elementar metodiki bacarığa malik istənilən müəllim sertifikatlaşma prosesinin test və müsahibə mərhələsindən uğurla keçəcək və buna görə heç bir təşvişə ehtiyac yoxdur. Vaxtınızı və diqqətinizi işbazların və bədxahların bu cür demotivativ məlumatlarına sərf etməkdənsə, biliklərinizi təkrarlamağa və metodik bacarıqlarınıza isə yenidən nəzər salmağa çağırıram!”

 

“Sizlərə - təhsil sistemimizin inkişafı və müasirləşdirilməsi prosesinin hər bir iştirakçısına uğurlar arzu edirəm!”-deyə, o qeyd edib.