Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 10:59:00
Bağçalara qəbulda bu uşaqların üstünlüyü var-DİQQƏT

18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilir.

 

Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

 

  1. şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;
  2. tək işləyən valideynlərin övladları;
  3. I və II qrup əlillərin övladları;
  4. hərbi xidmətdə olan valideynlərin övladları;
  5. təhsilalan anaların övladları;
  6. çoxuşaqlı ailələrdən olan uşaqlar;
  7. qəyyumluqda olan uşaqlar.

 

Qeyd edək ki, proses 14 sentyabr tarixinədək davam edəcək.