Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 11:32:00
İnternat məktəbində toyu olan gənclərə ev verildi - ÖZƏL

12 iyul tarixində Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib.

 

Burada təhsil alan sağlamlıq imkanları məhdud  iki gənc ailə həyatı qurub.

 

Toy mərasimində  tanınmış ictimaiyyət və incəsənət nümayəndələri ilə yanaşı, təhsil naziri Emin Əmrullayev də iştirak edib.

 

El şənliyində iştirak edən  qonaqlardan biri, deputat Ceyhun Məmmədov qeyd edib ki, gənclər dövlət tərəfindən evlə təmin ediliblər.

 

“Bu, bir daha göstərir ki, dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Həmçinin, Təhsil Nazirliyinin həmin toy mərasimini təşkil etməsi çox təqdirəlayiqdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları