Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-07 12:03:00
MİQ-in builki keçid balları necə müəyyən ediləcək?-RƏSMİ CAVAB

 

“Son bir neçə ildir ki, namizədlər imtahan başa çatdıqdan sonra ekranda öz nəticələri ilə tanış olar bilirlər. Apellyasiyaya isə test mərhələsi ümumiyyətlə yekunlaşdıqdan  sonra start veriləcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov MİQ-in test imtahanları mərhələsi barədə sualları cavablandırarkən deyib.

 

Şöbə müdiri namizədlərin apellyasiyaya müraciətindən danışıb:

 

“Namizədlər qeyd edilən zamanda elektron səhifələri vasitəsilə öz müraciətlərini ünvanlaya bilərlər. Bu zaman imtahanların təşkili və testlərin məzmunu ilə bağlı öz irad və təkliflərini də qeyd edə bilərlər”.

 

“Keçid balları isə fənlər üzrə bütün imtahanlar başa çatdıqdan sonra müəyyən ediləcək”-deyə, o qeyd edib.