Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-04 17:16:00
Xarkovda məktəb binasına raket atıldı

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda məktəb binası raket hücumuna məruz qalıb.

 

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Xarkov  vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib.

 

Onun sözlərinə görə, bu gün yerli vaxtla səhər saat 4-də Rusiya ordusu Xarkovun Şevçenkovski rayonuna raket hücumu həyata keçirib. Nəticədə məktəb binası dağılıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunub.