Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-04 12:32:00
“Cəmiyyətimizdə saxta diplom alan müəllimlər də var” -Emin Əmrullayev

"İnsanlar bilməlidir ki, şagirdlərə kimlər dərs deyir, onlar hansı savad səviyyəsinə malikdirlər".

 

 AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Real TV-də yayımlanan “Mirşahin vaxtı” verilişində deyib.

 

O, qeyd edib ki, Azərbaycan inkişafının fərqli mərhələlərində ölkəmizin prioritetləri başqa idi:

 

“Cəmiyyətimizdə saxta diplom alan müəllimlər də var.Dövrlər müxtəlif  idi və ola bilər ki, bu kimi məsələlərə vaxt ayırmaq mümkün deyildi. Ölkəmizdə qaçqın düşən 1 milyondan çox şəxs olub, onlar məktəblərin ərazisində məskunlaşıb. Belə situasiyada işə götürülən müəllimin keyfiyyəti də aşağı düşüb. Ona görə də biz açıq danışmaqdan qorxmamamlıyıq.

 

Bu səbəbdən də sertifikasiyanın keçirilməsi vacibdir. İnsanlar bilməlidir ki, şagirdlərə kimlər dərs deyir, onlar hansı savad səviyyəsinə malikdirlər, müəllimlər bu prosesdən qorxmamalıdır. Bu, çox labüd və zəruridir. Onlar daima öz üzərində işləməlidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları