Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 14:23:00
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin sayı artıb-Göstəricilər

10 400 nəfərdən artıq namizəd müəllim adını qazanıb.

 

AzEdu.az 2021-2022-ci tədris ilinin yekunlarına əsasən, xəbər verir ki, 10 400-dən artıq namizəd müddətli və müddətsiz müqavilə əsasında işə qəbul edilib. İşə qəbul edilənlərdən 3567 nəfəri ilk  turda müddətsiz müqavilə əsasında işə qəbul edilib. Aprel ayı ərzində keçirilən daimiləşmə müsabiqəsində isə 1669 nəfər uğur qazanaraq müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib.

 

Ümumilikdə 5236 nəfər namizəd qeyd edilən tədris ili üzrə müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib. İşə qəbul edilmiş müəllimlərin 48.3 faizi həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinə işə qəbul olunub. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları