Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 12:20:00
6500-dən çox tələbəyə kredit verilib

2021-2022-ci tədris ili ərzində 6544 tələbəyə kredit verilib.

 

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, kreditlərin 2379-u sosial, 4165-i standart yönümlüdür.

 

Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.