Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-10 12:23:00
“Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır”-Emin Əmrullayev

 “Təhsilin keyfiyyəti, kəmiyyət göstəricilərindən daha vacibdir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Abituriyent 12” jurnalının təqdimat mərasimində qeyd edib.

 

O, qeyd edib ki, ölkəmizdə təhsilin keyfiyyətinin aşağı olduğunu bildirib:

 

“Keyfiyyətlə bağlı bir suallar mövcuddur. Cəmiyyətdən nazirlik olaraq bizə gələn geridönüşlər çox ümumidir. Səmimi olaraq qeyd edim ki, Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır. Təhsil sistemimizdə bir çox problemlər var. Buarada ən vacib olan problemlərin köklərini və səbəblərini aydınlaşdırmağımızdır. Məsələn, bölgələrə baxdığımız zamanı maraqlı mənzərə ilə rastalışırıq”.

 

“Reyonların hazırki sosial-iqtisadi vəziyyəti təxminən eynidir kimi görünür. Amma təhsilin keyfiyyətində fərq var.Nümunə olaraq, Qax Bakıdan daha yaxşı nəticə göstərir. Ancaq bunun səbəbləri çox az müzakirə olunur”-deyə, nazir qeyd edib.