Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 09:13:00
Türkiyənin nüfuzlu universitetlərinin rektorları Bakıda

Türkiyə universitetlərinin 40-dan çox rektoru və ölkənin professor heyəti Azərbaycanda səfərdədir. 

 

AzEdu.az xəbər verir ki, Türkiyə nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində paytaxt Bakı və Şuşada olacaqlar. 

 

Qeyd edək ki, bu gün Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçiriləcək. Tədbir Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın himayəsi ilə baş tutacaq.


Beynəlxalq Balkan Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək Konqresdə Qarabağın işğaldan azad edilməsi və Xocalı soyqırımı barədə müzakirələr aparılacaq.

 

Qeyd edək ki, konqres əvvəllər Malaqa, Qüds, Buxara, Rumıniya və Ankarada təşkil olunub.