Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 13:19:00
Floridada 5-ci sinif şagirdi həbs edilib-Kütləvi atışma törədəcəyi haqqında mesaj göndəribmiş  

Florida hüquq-mühafizə orqanları beşinci sinif şagirdini öz məktəbində kütləvi atışma törədəcəyi haqqında mesaj göndərdiyinə görə həbs ediblər.

 

AzEdu.az xəbər verir ki, polis ona qarşı ittiham irəli sürüldüyünü bildirib. Li əyalətinin şerifi Karmin Marseno deyib ki, polis Keyp Koral Patrior ibtidai məktəbində oxuyan 10 yaşlı şagirdi digər məktəb şagirdlərinə göndərdiyi mesaja görə həbs edib. Şagird telefon mesajında kütləvi atışma törətmək istədiyini bildirib.

 

“Bu şagirdin davranışı, xüsusən də Texas ştatının Uvalde şəhərində baş verən son faciədən sonra çox üzücüdür",- deyə K.Marseno qeyd edib. Qeyd edək ki, ötən həftə Uvalde şəhərində baş verən atışmada 19 uşaq və iki müəllim ölüb.

 

Azərtac