Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-31 12:54:00
Qəbul imtahanlarının nəticələri, magistraturaya qəbul-Ötən həftəyə baxış

 

 

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  23-29 may tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Yaz sessiyasında Təhsil krediti üçün müraciət edənlərin sayı açıqlanıb:

 

Təhsil Nazirliyindən  verilən məlumata görə, indiyədək 4478 müraciət qəbul olunub.

 

Onlardan 658-i natamam, 525-i emaldadır.

 

Müraciətlərdən 279-na imtina verilib. 504 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib.

 

Məktəblərin IV siniflərində monitorinq keçiriləcək:

 

İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.

 

Nazirlikdən verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.

 

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

 

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

 

Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

 

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.

 

Növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Təhsil Nazirliyi tələbələrə müraciət edib:

 

Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.

 

Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.

 

DİM kolleclərə qəbul üçün sənəd verənlərə müraciət edib:

 

Dövlət İmtahanm Mərkəzi 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.

 

DİM-dən verilən məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.

 

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 31 may saat 23:59-dək verilən link (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=82) vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.

 

Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək:

 

Dövlət İmtahan Mərkəzi mayın 29-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.

 

Mərkəzdən verilən məlumata görə, imtahan respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil olunacaq.

 

Hazırda imtahanın idarə olunmasına cəlb olunan əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şəraitin yaradılması işləri həyata keçirilir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları