Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-23 10:23:00
İnkişaf üçün çalışın, mükəmməllik üçün deyil-təhsil haqqında ən gözəl sözlər

Təhsil həyatımızda çox mühüm yer tutur. Bəzən bu istiqamətdə gözəl bir söz həyatımızı dəyişə bilər. Amerikalı təhsil adamları "We are Teachers”, təhsil və müəllimlərlə bağlı ən gözəl sözləri qeyd ediblər.

AzEdu.az xarici mətbuata istinadən bəzilərini təqdim edir:

Ən yaxşı müəllimlər sizə hara baxacağınızı göstərir, lakin nə görəcəyinizi deməz.

Ağıllı bir insanın hər zaman cavablardan daha çox sualı olur.

Yaxşı bir müəllimin təsiri heç vaxt silinməz.

Bütün tələbələr öyrənir, təkcə həmin gün və eyni yoldan deyil.

Özünə inan, düşündüyündən daha cəsur, bildiyindən daha istedadlı və xəyal etdiyindən daha böyük bir şeyə sahibsən.

Gələcək addımına diqqət et, bütün yola deyil.

Əgər onları öyrətmirsinizsə, onları sevin. Sevgi onlara öyrədəcəkdir.

Öyrətmək, nikbinlərin ən yaxşı aktıdır.

İnkişaf üçün çalışın, mükəmməllik üçün deyil.