Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-30 11:30:00
Yeni təyin olunan Təhsil İdarə rəhbərləri-TAM SİYAHI

Təhsil Nazirliyinin əməkdaşı İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri təyin edilib.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı rayon Təhsil Şöbəsinin rəhbəri Rövşən Əliyev Dağlıq Şirvan, Təhsil Nazirliyinin əməkdaşı Elçin Kərimov Mərkəzi Aran, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli Şirvan-Salyan, Biləsuvar məktəb-liseyinin direktoru Bəhruz Mehdiyev Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri təyin edilib. 

 

Bundan əlavə, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəhbər təyin olunub. Qubadlı rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov isə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə müdir təyin edilib. Həmçinin Qarabağ Regional Təhsil İdarəsinə Gündüz Əbdülov müdir təyin olunub.