Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 10:31:00
Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri təşkil olunub

Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində cari ilin aprel ayı ərzində Şirvan şəhəri, Beyləqan, İmişli, Ucar, Kürdəmir, Sabirabad, Saatlı, Hacıqabul rayonları üzrə ümumi təhsil müəssisələrində təlimlər keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimlərə qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən 413 ümumi təhsil müəssisəsindən altı yüz nəfərədək fiziki tərbiyə müəllimi cəlb olunub.

 

Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədrisi üçün TOPs oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib.