Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 17:39:00
63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq təlimi təşkil olunub  

Norveçdə iyulun 6-dan 16-dək keçiriləcək 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq təlimi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.

 

İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən kampda olimpiadanın əsas sahələrinə aid məsələlər həll edilib.

 

Məsələlər Kvanta (https://en.kvanta.xyz/) Beynəlxalq Olimpiadalara Hazırlıq üzrə Cəmiyyət tərəfindən seçilib. Məsələlərin müzakirəsi həmin cəmiyyətin peşəkar mütəxəssisləri tərəfindən aparılır.