Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 14:13:00
AMEA-nın Ümumi yığıncağının proqramı – Mükafatlar da olacaq

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 27-də keçirilməsi nəzərdə tutulan Ümumi yığıncağının proqramı məlum olub.

 

 

AzEdu.az-a açıqlamasında AMEA-nı Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva  keçiriləcək yığıncağın gündəliyində duran əsas məsələlərləri diqqətə çatdırıb:

 

 “Yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açıq elan edəcək. AMEA-nın elmi bölmələrin hesabatları dinləniləcək. 8 bölmənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatlarına baxılacaq. Həmçinin, müxtəlif mükafatlandırmaların keçirilməsi nəzərdə tutulur. Bundan başqa, tədbirdə “Elm günü” münasibətilə AMEA-nın fəxri fərmanlarının təqdimatı olacaq.

 

Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsi haqqında məlumatla çıxış edəcək.

 

Gündəlikdə Akademiyanın yeni prezidentinin seçilməsi məsələsi yer almayıb”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları