Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-25 14:19:00
Rumıniyada təqaüd proqramına sənəd qəbulu aparılır  

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyinin 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan etdiyi təqaüd proqramına sənəd qəbulu aparılır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına müraciət mayın 1-dək davam edəcək.

 

Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

 

Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.