Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-25 12:43:00
Məktəb psixoloqlarının II ümumrespublika konfransı keçirilib  

Təhsildə sosial-psixoloji xidmətdə problemlər, perspektivlər” mövzusunda məktəb psixoloqlarının II ümumrespublika konfransı təşkil olunub. Konfrans Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, nazirliyin “Məktəblinin Dostu” və “Sağlam Təhsil - Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilib. Konfransın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vəətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, konfransın təşkilində əsas məqsəd məktəb psixoloqlarının peşəkar inkişafına dəstək olub.

 

Açılış nitqi ilə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov təmsil etdiyi qurum tərəfindən pandemiya dövründə məktəb psixoloqlarının peşəkar inkişafı ilə bağlı həyata keçirilən layihələr, aparılan tədqiqatlar, nəşr olunan kitab və metodik vəsaitlərdən danışıb. Gələcəkdə həyata keçiriləcək layihələr haqqında da məlumat verən Elnur Rüstəmov konfransın mövzusu barədə çıxış edib.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev məktəblərdə psixoloji işin təşkili ilə bağlı belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov da öz növbəsində məktəblərdə müşahidə olunan əsas psixoloji problemlərə toxunub və bu mövzuda daha intensiv şəkildə tədbirlərin keçirilməsinə ehtiyac olduğunu bildirib.

Daha sonra çıxış edən digər qonaqlar konfransın əhəmiyyətini vurğulayaraq məktəblərdə olan aktual problemlərin həlli yönündə daimi maarifləndirmə işlərinin aparılmasına dəstək işinin təşkilinin vacibliyini qeyd ediblər.

Açılış mərasimindən sonra “Yeniyetmələrdə psixoloji böhranın təzahür xüsusiyyətləri” , “İnternetin məktəblilərin həyatına təsiri və profilaktikası”, “Sabit və böhran vəziyyətdə şagirdlərin sosial-emosional bacarıqlarının inkişafı” mövzularında məruzələr dinlənilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixokorreksiyası”, “ Uşaqlara KBT( Koqnitiv davranış terapiyası) texnikalarının tətbiqi” mövzularında “workshop”lar təşkil edərək məktəb psixolqoları ilə yeni yanaşmaları və texnikaları bölüşüblər