Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 13:08:00
Tullantıların yandırıldığı məktəbin rəhbərliyinə xəbərdarlıq edildi 

Xətai Rayon İcra Hakimiyyəti məktəblərin ərazisində məişət tullantılarının yandırılması ilə bağlı məsələyə münasibət bildirib. 

 

Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məlumat araşdırılıb:

 

“95 nömrəli məktəbin ərazisində iməcilik keçirilib və ehtiyatsızlıq edilib. Məktəb rəhbərliyinə irad tutulub və bir də belə halların olmaması üçün məsələ nəzarətdə saxlanacaq”.