Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-19 09:39:00
Bağçalara qəbul proqramına bu mövzular salınacaq-Mütəxəssis

“Bağçalara işə qəbulla bağlı vahid proqram hazırlıq mərhələsindədir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva deyib.

 

O, qeyd edib ki, proqram hələ tam hazır olmadığı üçün təsdiq edilməyib:

 

“Bağçalara işə qəbulla bağlı üzərində işlədiyimiz proqram hazırlıq mərhələsindədir. Ona görə də bəzi məlumatları ictimaiyyətlə paylaşa bilmirik. Çox güman ki, məktəbəqədər təhsil üzrə universitetlərdə oxuyan  şəxslərin aldıqları təhsil zamanı keçirilən fənlərdən mövzular salınacaq. Buraya metodika, psixologiya və müxtəlif nəzəriyyələr daxildir. Bütün prosedur bu mövzular ətrafında olacaq. Proses tələbələrin universitetdə əldə etdiyi bilik və bacarıqlar üzərində qurulacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları