Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 17:19:00
“Gərək, təhsil ola ki, yaxşı imtahan da keçirilə”-Sərdar Cəlaloğlu

 

 

“Ölkəmizdə təhsil sistemi düzgün qurulmayıb”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun deyib.

 

Belə ki, bu il keçirilən buraxılış imtahanlarında iştirak edən 92 mindən çox şagirddən 23 min nəfəri 0-50 bal aralığında nəticə göstərib.

 

Sərdar Cəlaloğlu bu məsələyə münasibət bildirib:

 

“Ölkəmizdə təhsil sistemi düzgün qurulmayıb. Əsas problemlər bu sahənin təşkili ilə bağlıdır. Müxtəlif yollarla onun inkişafı üçün addımlar atılsa da, bu, heç bir nəticə verməyib. Ən vacib isə həmin  sektorda bu sahə ilə əlaqəsi olmayan şəxslərin yer almasıdır. Həmçinin, rəhbər vəzifələrdə də bu kimi hallara  rast gəlmək olar”.

 

O, DİM-i günahlandırmaq istəməyib:

 

“Dövlət İmtahan Mərkəzini günahlandırmaq istəməzdim. Təhsil ola  ki, imtahan keçirmək də mümkün olsun.

 

Təhsildə rol oynayan və onu yüksək qiymətləndirən şəxslər vəzifəyə gətirilməlidir. Kim ki, bu sahəni yaxından araşdırıb və onun dərinliklərinə yiyələnib, o, təhsil sahəsində təmsil olunmalıdır. Həmin şəxslər təhsili dərindən bilməli və ona qiymət verməyi bacarmalıdır”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları